Levandovski və Messi ona həsəd aparır - siyahıda azərbaycanlı yoxdu
ESTAFET/ 2021-ci ilin ən məhsuldar futbolçuları açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) cədvəlinə milli çempionatların bu il keçirilən qarşılaşmalarında ən azı 13 top vuranlar daxil edilib.
Ümumilikdə 67 futbolçu 5 ay ərzində 13 və ya daha çox qol vurub. İlin bombardiri Ceymi Maklarendir. “Melburn”un avstraliyalı futbolçusu 25 dəfə fərqlənib.
“Bavariya”nın polşalı bombardiri Robert Levandovski 24 qola sevinib. “Barselona”nın argentinalı ulduzu Lionel Messi və “Fola”nın fransalı legioneri Zahari Hadji 23 dəfə rəqib qapısına yol tapıb.
Azərbaycan təmsilçilərinin olmadığı siyahıda Türkiyə Super Liqasının üç təmsilçisi yer alıb. “Hatayspor”un legionerləri Aaron Bupendza və Mame Diuf hərəyə 15 qol vuraraq 27-ci sırada qərarlaşıb. 13 dəfə fərqlənən “Beşiktaş”lı Kayl Larin 54-cü sıradadır. (apasport.az)