“Keşlə”də daha 2 yeni müqavilə, 2 ayrılıq
ESTAFET/ Futbol üzrə UEFA Konfrans Liqasında mübarizə aparacaq “Keşlə” sərəncamındakı oyunçularla bağlı qərarlarını verməkdə davam edir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, daha 4 futbolçunun taleyinə aydınlıq gəlib.
Müqavilə müddəti başa çatan iki oyunçu – müdafiəçi Elvin Yunuszadə və hücumçu Bahadur Həziyevə yeni sözləşmə təklif olunmayıb. Məşqçilər korpusu onlarla yolları ayırmaq qərarını verib.
Əvəzində kapitan Tərlan Quliyev yeni 1 illik sazişə qol çəkib. Moldovalı qapıçı Stanislav Namaşko da növbəti mövsümü “Keşlə”də keçirəcək. Çünki 35 yaşlı qolkiper də yeni müqaviləyə razılıq verib.
Qeyd edək ki, buna qədər Con Kamara, Sadio Tounkara, Silvio Rodriges, Vüsal İsgəndərli, Yevgeni Koçuk və Sezar Meza Kolli ilə sağollaşan “Keşlə” baş məşqçi Sənan Qurbanov, həmçinin müdafiəçilər Rail Məlikov və Ruslan Əmircanovun müqavilə müddətini uzadıb.