“Sabah” Bəxtiyarla yeni müqavilə imzalayıb
ESTAFET/ “Sabah” daha bir futbolçu ilə müqavilə bağlayıb. Bakı klubu Bəxtiyar Həsənalızadə ilə yeni anlaşma imzalayıb.
Yeni müqavilənin müddəti 1 ildir. 28 yaşlı müdafiəçi ötən ilin dekabrından “Sabah”ın üzvüdür. O, son mövsümdə 8 oyunda şans qazanıb.
Qeyd edək ki, “Sabah” Bəxtiyara qədər baş məşqçi Ramin Quliyev, futbolçular Saşa Stamenkoviç, Zurab Oçiqava və Xulio Sezar Rodrigeslə müqaviləni uzadıb. Bakılılar həmçinin Elvin Camalovu transfer edib.