Qitə çempionatı start götürüb

ESTAFET/ Çexiya Respublikasının paytaxtı Praqada Yeniyetmə və gənclərin növbəti Avropa çempionatı başlanıb. 17-19 İyun tarixlərində yarışın ilk günü kata üzrı bütün yaş qrupları və kumite üzrə 14-15 yaşlı yeniyetmələrin ilkin nəticələri məlum olacaq. 

Kata çıxışlarında Turan Əhmədzadə və Ramilə Heydərova (14-15 yaşlı yeniytetmələr) və Həsənəli Həsənov (21 yaşadək gənclər), kumite yarışında isə Fərid Hacızadə (-52 kq), Alsan Dostuyev (-57 kq), Mirzə Həmidbəyli (-63 kq), Rəşid Süleymanov (-70 kq), Rahib Əzim (70+ kq), Fatima Məmmədova (-47 kq), Sabina Fərzəli (-54 kq) və Sofiya Hüseynli (54 kq) mübarizə aparacaq.

16-17 yaşlı gənclər və 21 yaşadək gənclərin ilkin yarışları şənbə günü, bütün yaş dərəcələri üzrə medal görüşləri isə bazar günü keçiriləcək.

Müəllif: Məsim MƏSİMZADƏ