Millimizin Avropa çempionatında iştirak edəcək heyəti müəyyənləşdi

Milli karate üzrə yığma komandamız Avropa çempionatında iştirak edəcək.

Bu məqsədlə qitə miqyaslı yarışa yollanmağa namizəd idmançılar arasında şəxsi görüşlər keçirilib.

Seçimlərin ilk günü 4 çəki dərəcəsində çıxış edən (dünya reytinqində ən çox xalı olan idmançılar və ölkə miqyaslı yarışda fərqlənən idmançılar) karateçilər üz-üzə gəliblər.

Seçmə görüşləri AKF-in vitse-prezidentləri Rəhman Hətəmov və Füzuli Musayev də izləyiblər. Hər çəki dərəcəsində təmsil olunan idmançılar qruplara bölünərək dairəvi sistemdə yarışıblar.

Yığma komanda məşqçilərinin iştirakı ilə keçirilən ilk günün nəticələrinə əsasən kişilər arasında Fərid Savadov -60 kq, Fərid Ağayev isə  -75 kq-da Avropa çempionatına yollanmaq hüququ qazanıb.

Qadınlar arasında isə Fidan Teymurova -50 kq, və Mədinə Sadıqova -55 kq-da bütün rəqiblərindən güclü olublar. 

Müəllif: Bəhruz MƏMMƏDOV