Dadaşovlu “Şalke”dən inamlı qələbə

ESTAFET/ Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 7-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Oberhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb, 38-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.

“Şalke”nin ikinci komandası 7 turdan sonra 10 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Müəllif: Məsim MƏSİMZADƏ