Nizami rayonunda yeni cüdo zalı istifadəyə verilib

Sentyabrın 3-də Bakı şəhərinin Nizami rayonunda "DOJO Sports Academy" idman klubunun yeni cüdo zalının açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Cüdo Federasiyası (ACF) prezidentinin müşaviri Natiq Bağırov, digər ictimaiyyət nümayəndələri, idmançılar və yerli sakinlər iştirak ediblər.
Tədbir zamanı vurğulanıb ki, bu cür idman klublarının fəaliyyəti yeniyetmələrə və gənclərə sağlam həyat tərzinin aşılanması və onların asudə vaxtlarını səmərəli keçirməsi üçün vacib əhəmiyyət kəsb edir.
Yeni müasir avadanlıqlarla təchiz edilən cüdo zalının ümumi sahəsi 500 m2 təşkil edir və burada idmançılar üçün bütün zəruri şərait təmin edilib.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Elşən Süleymanov küçəsi 47A
Əlaqə nömrəsi: +994 55 555 93 08; +994 50 444 53 44
