Murad Fətiyev Avropa çempionatında bürünc medal qazandı

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan cüdoçusu Murad Fətiyev növbəti uğura imza atıb.
-90 kq çəki dərəcəsində mübarizə aparan Fətiyev yüksək çıxış edərək turniri bürünc medalla tamamlayıb. Təcrübəli idmançı bürünc medal görüşündə rəqibini məğlub edərək fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Qeyd edək ki, Podqoritsada təşkil olunan Avropa çempionatında Azərbaycan təmsilçiləri bir neçə medal qazanaraq ölkəmizin idman nüfuzunu bir daha təsdiqləyiblər.
