Boks millimiz hazırlıqlara başlayıb

ESTAFET/ Kişi boksçulardan ibarət Azərbaycan millisi fevralın 4-dən etibarən təlim-məşq toplanışına start verib. Komandamızın baş məşqçisi, ukraynalı mütəxəssis Leonid Loivski hazırlığa 23 nəfər dəvət edib.

 

Bunlar ölkə çempionatının finalçıları, həmçinin həlledici görüşdə döyüşməyən, lakin öz çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən idmançılardır. Bakıda, Boks Mərkəzində təşkil olunan məşqlər fevralın 16-dək davam edəcək.

 

Toplanış Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək “Strandja” turnirinə hazırlıq məqsədi daşıyır. Bu yarış fevralın 18-26-da olacaq. 

Müəllif: Natiq NƏSİROV