MDB ölkələrinin ilk idman oyunları keçiriləcək

ESTAFET/ Rusiya Federasiyasının İdman nazirliyinin təşəbbüsü ilə gələn il 20-27 avqust tarixlərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ilk idman oyunları təşkil olunacaq. MDB oyunları Kazanda keçiriləndən sonra ənənəvi olacaq və hər iki ildən bir MDB ölkələrindən birində keçiriləcək.
MDB ölkələri oyunlarında Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan və Ukrayna komandaları iştirak edəcəklər. Bundan əlavə, təşkilat komitəsi başqa ölkələri də oyunlara dəvət edə bilər.
Tatarıstan paytaxtının 11 obyektində idmanın 19 növü üzrə yarışlar keçiriləcək. İdmançılar cüdo, sambo, voleybol, çimərlik həndbolu, mini-futbol, boks, tay boksu, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, armrestlinq, mas-restlinq, idman güləşi, qurşaqtutma (koreş), yüngül atletika və basketbol (3x3) kimi idman növlərində yarışacaqlar. Bundan əlavə, turnir çərçivəsində “MDB forumu – idman ərazisi” işgüzar proqramı işə salınacaq.
MDB oyunlarının formatı ilə bağlı əlavə məlumat veriləcək.
