GÜNÜN İKİNCİ MEDALI DA QIZIL OLDU: BAKI 2017

ESTAFET/ Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında idmançılarımız artıq gün ərzində aktivlərinə ikinci qızıl medalı yazdırmağı bacarıblar. Belə ki, atıcılıq yarışlarının son günündə qaışıq komandaların 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışlarında təmsilçilərimiz Ruslan Lunyov və Nigar Nəsirova hamıdan güclü olublar. Onlar finalda Oman yığmasına qalib gələrək İslamiadanın ən güclüsü olaraq, qızıl medal qazanıblar. 3-cü yerə İran komandası layiq görülüb. 


Digər cütlüyümüz - Rəsul Məmmədov və Zərifə Qasımova isə mübarizəni 7-ci sırada bitiriblər.