Red Bull Dance Your Style Milli Finalı yenidən Bakıda!

9 avqust 2025-ci il tarixində, saat 18:00-da Red Bull Dance Your Style Milli Finalı üçüncü dəfə Bakıda, Heydər Əliyev Mərkəzinin qarşısında keçiriləcək.

Küçə rəqsi mədəniyyətinin ən parlaq üslubları bu dəfə də bir səhnədə birləşəcək. 16 rəqqas fərdi çıxışlarla bir-biri ilə qarşılaşacaq və batllarda bacarıqlarını nümayiş etdirəcəklər.

Tədbir Nar Mobile brendinin dəstəyi ilə keçirilir.

“Red Bull Dance Your Style”-ı xüsusi edən əsas məqam isə qalibin tamaşaçılar tərəfindən seçilməsidir. Münsiflər əvəzinə, əlində qırmızı və göy kartlar olan izləyicilər sevdikləri iştirakçıya səs verir və onun növbəti mərhələyə keçməsinə qərar verirlər.

Üstəlik tədbirdə xüsusi qonaq qismində çıxış edəcək Orxan ZeynallıTrino səhnəni bölüşərək birgə performans göstərəcəklər

Yarışmanın qalibi 6–11 oktyabr 2025-ci il tarixlərində Los-Ancelesdə baş tutacaq dünya finalında Azərbaycanı təmsil etmək imkanı əldə edəcək.

Giriş sərbəstdir! Bizə qoşul, bu unikal anların bir parçası ol və qalibi sən seç!

Müəllif: Bəhruz MƏMMƏDOV