Red Bull Dance Your Style Milli Finalının qalibi bəlli oldu!

9 avqust 2025-ci il tarixində Heydər Əliyev Mərkəzinin qarşısında baş tutan Red Bull Dance Your Style Milli Finalında qalib adını Xəyal Amrullazadə (Zico Firestar) qazandı. O, 6–11 oktyabr tarixlərində Los-Ancelesdə keçiriləcək Dünya Finalında Azərbaycanı təmsil edəcək.

Milli Final mərhələsində ölkənin ən istedadlı 16 rəqqası improvizasiya əsasında keçirilən “battle”larda bir-biri ilə yarışdı. Ritm və yaradıcılıqla dolu gecə tamaşaçıların böyük marağına səbəb oldu. Tədbirin xüsusi qonaqları – Orxan Zeynallı və Trino – səhnədəki çıxışları ilə finala əlavə rəng qatdılar.

Qeyd edək ki, Red Bull Dance Your Style yarışmasının Azərbaycandakı rəsmi tərəfdaşı Nar Mobile brendidir.

İndi isə bütün diqqətlər Los-Ancelesdə baş tutacaq Dünya Finalına yönəlib.

Qalibimizi təbrik edir, beynəlxalq arenada uğurlar arzulayırıq!

Müəllif: Bəhruz MƏMMƏDOV