GRAND PRIX TASHKENT-2016: İLK GÜNÜ MEDALSIZ BİTİRDİK
ESTAFET/ Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə növbəti Qran Pri yarışı start götürüb. Bu turnirə Azərbaycan yığma komandası yalnız kişilərin mübarizəsində və əsasən ehtiyat komanda ilə qoşulub. Yığma komandamız 11 nəfərlik heyətində Tofiq Məmmədov, Murad Heydərli (60 kq), Mirelturan Seyidi, İlqar Müşkiyev (66 kq), Hidayət Heydərov, Müşfiq Usubov (73 kq), Afiq Səfərli, Rüfət İsmayılov (81 kq), Ziya Namazov, Vasif Şərbətli (90 kq) və Cəlil Şükürov (100 kq) yer alıb.
Yarış boyu komandamızın üzvlərinin görüşlərini və nəticələri sizə təqdim etməyə çalışacıq. İlk gündə tatamiyə 60 vı 66 kq şəki dərəcəsində mübarizə aparan cüdoçular çıxıblar.
Murad Heydərli (60 kq) və İlqar Müşkiyev (66 kq) ilk görüşlərindən məğlub olaraq mübarizəni dayandırıblar.
Tofiq Məmmədov (60 kq) 1/8 final görüşündə rus İslam Yaşuyevə qalib gəldikdən sonra 1/4 finalda sloveniyalı Matias Trboviçə məğlub olub. Təsəlliverici görüşdə qazax Assiljan Seyidalini məğlub edən Tofiq, bürünc medal üçün digər qazax cüdoçu Baurjan Jauntayevlə bacarmayıb.
Mirelturan Seyidi (66 kq) 1/8 finalda qazax Aybek İmaşevi məğlub edərək 1/4 finala adlayıb. Burada isə monqol Altansux Dovdona məğlub olub. Təlliverici görüşdə isə belarus Dmitri Minkova məğlub olan Mirelturan mübarizəni dayandırıb.
60 kq
1/8 final: Tofiq Məmmədov - İslam Yaşuyev (Rusiya)
1/4 final: Tofiq Məmmədov - Matias Trbovic (Sloveniya)
Təsəlliverici: Tofiq Məmmədov - Assiljan Seyidali (Qazaxstan)
III yer üçün: Tofiq Məmmədov - Baurjan Jauntayev (Qazaxstan)
1/8 final: Murad Heydərli - Baurjan Jauntayev (Qazaxstan)
66 kq
1/8 final: Mirelturan Seyidi - Aybek İmaşev (Qazaxstan)
1/4 final: Mirelturan Seyidi - Altansux Dovdon (Monqolustan)
Təsəlliverici: Mirelturan Seyidi - Dmitri Minkov (Belarus)
1/8 final: İlqar Müşkiyev - Abducəlil Yusupov (Özbəkistan)