Triatlonçularımız Türkiyə Kubokunda uğurla çıxış etdilər

Azərbaycanın triatlon üzrə milli komandasının üzvləri Türkiyənin Serik şəhərində keçirilən Triatlon üzrə Türkiyə Kubokunda ölkəmizi layiqincə təmsil ediblər.
2011-ci il təvəllüdlü idmançılar arasında Raul Mahmudov əla çıxış edərək birinci yeri qazanıb və fəxri kürsünün zirvəsinə qalxıb.
2012-ci il təvəllüdlülər arasında keçirilən yarışda Şamil Dövlətov 7-ci yeri tutub.
2008–2010-cu il təvəllüdlü idmançılar arasında isə 56 iştirakçı arasında keçirilən mübarizədə:
Əli Rzazadə – 14-cü,
Tamerlan Musayev – 22-ci,
Teymur Cəfərov – 26-cı yerdə finişə çatıb.
Yığmamızın gənc idmançıları beynəlxalq arenada göstərdikləri bu nəticələrlə gələcək üçün ümidverici təsir bağışlayıblar.
