Qeyri-adi rekordla karyerasını bitirdi

ESTAFET/ Uruqvay millisinin sabiq futbolçusu Sebastyan Abreu karyerasını başa vurub. Klub dəyişməkdə qeyri-adi rekord müəllifi olan hücumçu 44 yaşında butslarını mismardan asıb.
Onun sonuncu komandası Uruqvay təmsilçisi “Sud Amerika” olub. Peşəkar karyerasına 1994-cü ildə başlayan Abreu ümumilikdə 31 klubda oynayıb.
Qeyd edək ki, Abreu Uruqvay millisində 70 oyunda 2 qol vurub. O, 2011-ci ildə Amerika kubokunun qalibi olub. (apasport.az)
