Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Suaresin növbəti titulu -
Suaresin növbəti titulu

ESTAFET/ Luis Suares növbəti titulunu qazanıb. Ulduz hücumçu Uruqvay çempionu adına yiyələnib.

O, bu uğura “Nasyonal”ın heyətində nail olub. Suaresin komandası həlledici qarşılaşmada “Liverpul”u 4:1 hesabı ilə məğlub edib. 

Əsas vaxtı 1:1 hesabı ilə bitən görüşün taleyi əlavə yarım saatda həll olunub. Üç qoldan birinə Luis imza atıb.

Qeyd edək ki, 2005/06 mövsümündə də Uruqvay çempionu olan Suares 16 ildən sonra eyni uğura sevinib. O, karyerası ərzində 1 dəfə Niderland, 5 dəfə İspaniya çempionu adını da qazanıb.

Müəllif: Zaur HACIYEV