Skaloni ilə yeni müqavilə imzalandığı rəsmən açıqlandı

ESTAFET/ Argentina yığmasının baş məşqşçisi Lionel Skaloninin postunda qalacağı dəqiqləşib.

Argentina Futbol Federasiyası 44 yaşlı mütəxəssislə yeni müqavilə imzalandığını açıqlayıb.

Tərəflər arasındakı yeni sözləşmə 2026-cı ilə qədər nəzərdə tutulub.

Skaloni 2018-ci ildən çalışdırdığı Argentina yığmasına 28 il sonra ilk dəfə Amerika kuboku, 36 il sonra isə dünya çempionluğu sevinci yaşadıb.

Müəllif: Orxan NOVRUZOV