Belə şey olmamışdı - iki antirekord

ESTAFET/ AVRO 2020-nin Portuqaliya - Almaniya oyununda iki antirekord rəsmiləşib. Bu matç iki avtoqolun qeydə alındığı ilk matç kimi Avropa çempionatlarının tarixinə düşüb.
İndiyədək final mərhələlərində bir oyunda iki avtoqol qeydə alınmayıb. Hər iki qolu Portuqaliya millisi öz qapısına vurub.
Son Avropa çempionu bir matçda 2 dəfə belə uğursuzluq yaşayan ilk komanda olub. Öncə Ruben Dias, ardınca Rafael Qerrero öz qapısına qol vurub.
Bununla da AVRO 2020-dəki avtoqol sayı 5-ə çatıb. Daha öncə Merih Demiral (Türkiyə), Mats Hummels (Almaniya) və Voytseh Şensnı (Polşa) qapıları səhv salıb.
Bu göstərici də yeni antirekorddur. Ən çox avtoqol AVRO 2016-ya təsadüf etmişdi - 3 dəfə.
