FIFA prezidenti Bakıya gəlir

ESTAFET/ FIFA-nın prezidenti Gianni İnfantino Bakıya gələcək. Bu barədə məlumat AFFA-nın rəsmi saytı vasitəsilə verilib. 

Bildirilib ki, bu gün AVRO-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə oyununu izləmək üçün FİFA-nın prezidenti Gianni İnfantino paytaxtımıza gələcək. 

Həmçinin UEFA-nın baş katibi Teodor Teodoridis bu gün Bakıya gələcək və görüşü stadiondan izləyəcək.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.

Müəllif: Natiq NƏSİROV