Müdafiəçisi “Nyukasl”dan ayrılacaq

ESTAFET/ “Nyukasl”ın 35 yaşlı ingilis sağ cinah müdafiəçisi Kiran Trippyer cari mövsümün başa çatması ilə azad agent qismində “sağsağanlar”dan ayrılacaq.
Müvafiq qərar tərəflər arasında razılaşdırılıb.
Vurğulanır ki, Trippyer karyerasını başa vurmaq fikrində deyil və digər seçimlərə köklənəcək.

