“Nyukasl” “Monako”nun yarımmüdafiəçisi ilə maraqlanır

ESTAFET/ “Nyukasl” “Monako”nun 22 yaşlı seneqallı mərkəz yarımmüdafiəçisi Lamin Kamaranın xidmətində maraqlıdır.

“Sağsağanlar” Kamaranın cari mövsümdəki çıxışına valeh olublar.

Vurğulanır ki, “Nyukasl”da, Kamaranın malik oldğu fiziki keyfiyyətlərlə, hərəkiliyi yüksək olan İngiltərə Premyer Liqasında da uğula çıxış edəcəyinə inanırlar.

Təxmin edilir ki, tərəflər arasında danışıqlar tezliklə baş tutacaq.

Müəllif: Orxan NOVRUZOV