Messi Maskeranonun rekordunu təkrarladı

ESTAFET/ Lionel Messi Argentina millisinin rekordunu təkrarlayıb. Ulduz hücumçu yığmadakı oyun sayında Xavyer Maskeranoya çatıb.

O, bunu Amerika kubokunun 3-cü turunun Paraqvayla görüşündə rəsmiləşdirib. Messi 147-ci dəfə meydana çıxmaqla Xavyerə çatıb.

Qeyd edək ki, Argentina Paraqvayla qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.

Müəllif: Natiq NƏSİROV