Veynaldum Van Bastenlə Kuytu keçdi

ESTAFET/ Niderland millisinin kapitanı Jorjinyo Veynaldum yığmadakı qol sayını 25-ə çatdırıb. O, AVRO-2020-nin Şimali Makedoniya ilə qarşılaşmasında (3:0) dubl müəllifi olub.
Veynaldum bununla da millidəki qol sayında Marko van Bastenlə Dirk Kuytu arxada qoyub. Jorjinyo Rafael van der Vartla bombardirlər siyahısında 13-cü yeri bölüşür.
Kapitan həm də AVRO-2020-nin bombardirlərinə şərik çıxıb. O, portuqaliyalı Kriştiano Ronaldo və çexiyalı Patrik Şik kimi 3 dəfə fərqlənib.
