FIDE QRAN PRİ SERİYASI BAŞLAYIR: I TUR
ESTAFET/ Bu gün Moskva şəhərində (Rusiya) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 2-ci Qran Prisi start götürür.
Məlumat verək ki, Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.
Xatırladaq ki, Qran Prinin I mərhələsi Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində keçirilmişdi və həmyerlimiz Şəhriyar Məmmədyarov 5,5 xalla ilk 3-lüyü bölüşmüşdü. Bu mərhələdən Şəhriyarla bərabər Teymur Rəcəbovda mübarizəyə qoşulacaq.
Bu gün ilk turun oyunları keçirilir. Bütün qarşılaşmaları və yenilənmə ilə nəticələri təqdim edirik.
Şəhriyar Məmmədyarov - Pons Valyexo (İspaniya) 0,5:0,5
Teymur Rəcəbov - Dinq Liren (Çin) 0,5:0,5
Maksim Vaşyer-Laqrav (Fransa) - Maykl Adams (İngiltərə) 0,5:0,5
Ernesto İnarkiyev (Rusiya) - Hikaru Nakamura (ABŞ) 0,5:0,5
Aniş Giri (Hollandiya) - Boris Gelfand (İsrail) 0,5:0,5
Salem Salem (Misir) - Aleksandr Qrişuk (Rusiya) 0,5:0,5
Yevgeniy Tomaşevskiy (Rusiya) - Pyotr Şvidler (Rusiya) 0,5:0,5
Yan Nepomnyaşnı (Rusiya) - Hou Yifan (Çin) 0:1
Pentala Harikrişna (Hindistan) - Yon Lüdviq Hammer (Norveç) 0,5:0,5