Nuriyev Ukraynada qalası oldu

ESTAFET/ Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin yeni klubu bəlli olub. O, karyerasını Ukraynada davam etdirəcək.

“Minay”dan ayrılan 25 yaşlı hücumçu “Kolos”un şərəfini qoruyacaq. Futbolçu bu gün klubu ilə müqaviləyə imza atmalıdır.

Qeyd edək ki, Anatoli 2018-ci ildən “Minay”da oynayıb. O, ötən mövsüm 10 qolla komandasının bombardiri olub. “Minay” aşağı dəstəyə düşübsə, “Kolos” avrokuboklarda oynayacaq.

Müəllif: Orxan NOVRUZOV