Şeydayev “Sabah”dan ayrıldı
ESTAFET/ “Sabah” daha bir futbolçusu ilə yollarını ayırıb. Klubun rəsmi saytının məlumatına görə, Ramil Şeydayev yola salınıb.
Ötən ilin əvvəlindən bakılıların formasını geyinən 25 yaşlı hücumçunun başa çatan müqaviləsi yenilənməyib. Şeydayev “Sabah”da keçirdiyi 29 oyunda 6 qola imza atıb.
Qeyd edək ki, Ramil “Sabah”ın yay fasiləsində vidalaşdığı 12-ci oyunçu olub. Ona qədər Təmkin Xəlilzadə, Ruslan Abışov, Dmitro Klots, Eltun Turabov, Mario Marina, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba, Elşən Abdullayev və Filip İvanoviç yola salınıb.