Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Millidən ayrılan məşqçi kompensasiyadan imtina etdi -
Millidən ayrılan məşqçi kompensasiyadan imtina etdi

ESTAFET/ Rusiya millisinin baş məşqçisi postundan ayrılan Stanislav Çerçesovla müqaviləyə xitam verilməsinin detalları bəlli olub.

Xarici mətbuatın məlumatına görə, Rusiya Futbol İttifaqı 58 yaşlı mütəxəssisə kompensasiya ödəməyəcək.

2016-cı ildən millini çalışdıran Çerçesov bu vəsaitin ödənməsindən imtina edib. Müqaviləsi Qətərdə keçiriləcək DÇ-2022-dən sonra başa çatacaq mütəxəssis təxminən ilyarımlıq maaşını ala bilərdi. Onun illik qazancı 2,5 milyon dollar təşkil edirdi.

Qeyd edək ki, AVRO-2020-də qrupda qalan Rusiya millisi uğursuzluq səbəbindən baş məşqçisi ilə vidalaşıb. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV