Kleman Liqa 1-ə qayıda bilər

ESTAFET/ 51 yaşlı belçikalı mütəxəssis Filipp Kleman Fransa Liqa 1-ə qayıda bilər.

Hazırda işsiz olan mütəxəssis adı “Renn”in yeni baş məşqçisi qismində hallanır.

Xatırladaq ki, Kleman 2022-2023-cü illərdə “Monako”nu çalışdırıb.

“Renn”ə gəlincə, klub rəhbərliyi “qırmızı-qaralar”ın sükanı arxasında uğursuzluq yaşayan 48 yaşlı seneqallı mütəxəssis Həbib Bey ilə yollarını ayırmaq seçimi üzərində düşünür.

Müəllif: Orxan NOVRUZOV