Millimiz Polşa və Misirlə oynayacaq
ESTAFET/ Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Polşada beynəlxalq turnirdə çıxış edəcək. Pərviz Səmədovun baş məşqçisi olduğu komanda iyulun 9-11-də keçiriləcək ənənəvi “Vaqner Memorial”da qüvvəsini sınayacaq.
Dairəvi sistemlə baş tutacaq yarışda millimizin rəqibləri ev sahibləri, Misir və Norveç yığmaları olacaq. Voleybolçularımız iyulun 9-da Misirlə, ertəsi gün Polşa ilə üz-üzə gələcək. İyulun 11-də isə millimiz Norveçi sınağa çəkəcək.
Qeyd edək ki, komandamız artıq səfərə yollanıb.