OYUNLARIN İLK QIZILINI TÜRKİYƏ QAZANIB

ESTAFET/ Bu gün Türkiyəli Ömər Akgün kişilər arasında keçirilən 10 metr pnevmatik tüfənglə atıcılıq yarışının finalında qələbə qazanmaqla, 4-cü İslam Həmrəyliyi Oyunlarının ilk qızıl medalını qazanıb.

 

2016-cı il Dünya Kubokunda ikinci yer tutan Ömər Akgün 249.8 xal toplayaraq, gərgin şəraitdə keçən final oyununu qələbə ilə başa vurub.

 

245.5 xal toplayan banqladeşli Rabbi Həsən Munna gümüş, 224.1 xal toplayan özbək Sədxan Sayfuddinov isə bürünc medalın sahibi olublar.