İKİNCİ MEDAL DA ATICIDAN GƏLDİ BAKI 2017

ESTAFET/ Azərbaycan İslamiadada ikinci medalını qazandı. Bu dəfə də fərqlənən idmançı atıcı olub. Stend atıcılarının mübarizəsində iştirak edən Şəfəq Əmrahova Oyunlarda ikinci olmaqla gümüş medal qazanmağı bacarıb.


Finalda 37 xal yığmağı bacaran Şəfəq türk Nihan Gürürdən (41 xal) geri qalıb. Bürünc medal isə 29 xalla Holoud Hassan Əl Xələfin (Qətər) olub.  


Xəbər verdiyimiz kimi, Azərbaycana ilk medalı Ruslan Lunyov qazandırmışdı.