DÇ-2022 üçün unikal stadionun açılışı oldu
ESTAFET/ DÇ-2022-yə ev sahibliyi edəcək Qətərin daha bir stadionu mundiala hazırdır. Qətərlilər “Əl-Beyt” stadionunun açılışını edib.
Əl-Xor şəhərindəki arenanın rəsmi açılışı Qətər və Birləşmiş Ərəb Əmirlikləri yığmaları arasında Ərəb Millətləri Kubokunun qrup matçından əvvəl olub. Bununla dünya çempionatının keçiriləcəyi 8 stadiondan 7-cisi tam hazır vəziyyətə gətirilib. 60 min tamaşaçı tutumuna malik struktur unikallığı ilə seçilir. Çünki bu, dünyada uzanan damı olan yeganə arenadır.
Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr – 18 dekabr aralığında keçiriləcək.