Azərbaycanda VAR sistemi üçün 500 min dollar ayrıldı

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022-ci ildən VAR sistemi tətbiq olunacaq. AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında bunun üçün maliyyə ayrılması qərara alınıb.
VAR layihəsi üçün 500 min dollar məbləğində FIFA Forward Layihəsindən maliyyə vəsaitinin ayrılması təsdiqlənib.
Həmçinin AFFA-nın Futbol akademiyasının təmir olunması üçün FIFA Forward Layihəsindən daha 150 min dollar maliyyələşməsi təsdiq edilib.
