Yığmalarımız Avropa Liqasında

ESTAFET/ Qadın və kişilərdən ibarət Azərbaycan milli komandaları Avropa Liqası yarışlarında mübarizə aparacaq. Bu barədə məlumatı Avropa Voleybol Konfederasiyası (CEV) yayıb.
Baş məşqçiləri bilinməyən yığmalarımız səviyyəsinə uyğun turnirdə mübarizə aparacaq. CEV-in açıqladığı siyahıya əsasən qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasında, kişilərdən ibarət komandamız Gümüş Avropa Liqasında gücünü yoxlayacaq.
Yarışın 2022-ci ilin may-iyun aylarında keçiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasında bugünlərdə hesabat-seçki konfransı olub.
