“Bazel”dən “Qarabağ”la oyunöncəsi qərarlar

ESTAFET/ “Qarabağ”ın UEFA Avropa Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Bazel” koronavirus tədbirlərinə bir neçə düzəliş edib.
Qrup mərhələsinin son turunda Azərbaycan təmsilçisi ilə ev matçı öncəsi bəzi qərarlar qəbul olunub.
Pandemiyanın yayılma sürətini nəzərə alan klub rəhbərliyi “Sent Yakob-Park”dakı matçlar zamanı stadion ərazisində qapalı məkanlarda maskadan istifadə etmək tələbi qoyub. Bu tələb qonaqların yerləşdiyi otaqlara, media mərkəzinə və s. kimi qapalı yerlərə aiddir. Tribunalarda və stadionun ətrafında bu məcburiyyət olmayacaq.
