FIDE QRAN PRİ SERİYASI - MOSKVA: II TUR

ESTAFET/ Moskva şəhərində (Rusiya) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 2-ci Qran Prisi davam edir.

 

Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.

 

Bu gün II turun oyunları keçirilib. Bütün qarşılaşmaları və nəticələri təqdim edirik.

 

Gelfand (İsrail) - Məmmədyarov 0,5:0,5

Nakamura (ABŞ) - Rəcəbov 0,5:0,5

Hou Yifan (Çin) - Vaşyer-Laqrav (Fransa) 0,5:0,5

Hammer (Norveç) - Nepomnyaşnı (Rusiya) 0:1

Adams (İngiltərə) - Giri (Hollandiya) 0,5:0,5

Şvidler (Rusiya) - Salem (Misir) 0,5:0,5

Qrişuk (Rusiya) - Tomaşevskiy (Rusiya) 0,5:0,5

Dinq Liren (Çin) - İnarkiyev (Rusiya) 1:0

Valyexo (İspaniya) - Harikrişna (Hindistan) 0,5:0,5