Quliyevli “Arsenal”dan səfər qələbəsi

ESTAFET/ Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilir. Azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Tula “Arsenal”ı növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ximki” ilə qarşılaşıb. Ayazın komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Arsenal” geridə qalan 17 turda 19 xal toplayıb və 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
