RUSLAN 4-CÜ QIZILINI QAZANDI: BAKI 2017

ESTAFET/ Atıcılıq yarışlarındakı təmsilçimiz Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma yarışında qalib gələrək Oyunlarda dördüncü qızıl medalını qazanıb. O 240,7 xalla əlçətmaz olub.

 

İkinci yerə türkiyəli Yusuf Dikec, üçüncü yerə isə pakistanlı Muhammad Şehzad Aktar çıxıb.

 

Digər idmançılarımız Rəsul Məmmədov və Tahir Ağazadə isə təsnifat mərhələsində mübarizəni dayandırıblar.

 

Xatırladaq ki, Ruslan Lunyov Azərbaycan yığma komandasına Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub. Ötən gün isə Ruslan Lunyov 25 metr məsafədən tapança ilə sürətli atəşaçma və 25 metr məsafədən standart tapança ilə atəşaçma yarışında çempion olub.