Obameyanqın kapitanlığı bu səbəbdən əlindən alındı

ESTAFET/ “Arsenal” nizam-intizam qaydalarını pozan hücumçusu Pyerr-Emerik Obameyanqı cəzalandırıb. London klubu kapitanlıq sarğısını qabonlu forvarddan almaq qərarına gəlib.
32 yaşlı oyunçu Fransa səfərindən söz verdiyi vaxtdan gec qayıdıb. İngiltərəyə döndükdən sonra koronavirus testi verən Obameyanq neqativ nəticəni alana qədər özünü təcrid etməli olsa da, buna məhəl qoymayıb. Klub rəhbərliyi də aparıcı futbolçusunu cəzalandırıb.
Qeyd edək ki, Pyerr-Emerik Obameyanq 2018-ci ildən “Arsenal”da çıxış edir. (apasport.az)
