Ferstappen “Mersedes” pilotlarının hegemonluğuna son qoydu

ESTAFET/ Formula 1-də 2021-ci il mövsümünün çempionu bəlli olub. Titula holland gənc pilot Maks Ferstappen yiyələnib.
“Red Bull”un pilotu karyerasında ilk dəfə Formula 1 çempionu adını qazanıb. 24 yaşlı idmançı Abu-Dabi Qran-Prisindəki qələbə ilə 1-ci yerin sahibi olub – 395,5 xal. 2-ci olan Lüis Hamilton mövsümü də eyni pillədə bitirib – 387,5 xal. Xatırladaq ki, hər iki pilot son mərhələyə eyni xalla gəlmişdilər. “Mersedes”in fin pilotu Valtteri Bottas 3-cü yeri tutub – 230 xal.
Bununla da Maks “Mersedes” pilotlarının hegemonluğuna son qoyub. 2013-cü ildən sonra ilk dəfə “Red Bull” təmsilçisi qalib olub.
Qeyd edək ki, mühəndislər kubokunda “Mersedes” qalib olub.
