Lukaku yenidən İtaliyaya qayıda bilər

ESTAFET/ “Çelsi”nin hücumçusu Romelu Lukaku yenidən İtaliyada çıxış edəcək. Bunu Belçika millisinin forvardının meneceri Federiko Pastorello deyib.

O bildirib ki, mövsümün əvvəlində “İnter”dən “Çelsi”yə transfer edilən 28 yaşlı oyunçu gələcəkdə yenidən A seriyasında mübarizə aparacaq: “Romelu İtaliyanı sevir və gələcəkdə A seriyasına qayıdacaq. Amma indi “Çelsi”də çox xoşbəxtdir”.

Qeyd edək ki, Romelu Lukaku cari mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 15 oyun keçirib, 5 qol vurub.

Müəllif: Orxan NOVRUZOV