ATICILARIMIZ İSLAMİADANI GÜMÜŞLƏ TAMAMLADI: BAKI 2017
ESTAFET/ Bu gün Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında atıcılıq yarışlarına yekun vuruldu. Bu növdə son yarış günü atıcılarımız üçün uğurlu alınıb. Az öncə xəbər verdiyimiz kimi, qarışıq komanda halında 10 metr məsafəyə pnevmatik tapança ilə atəş açmaqda təmsilçilərimiz Ruslan Lunyovla Nigar Nəsirova qızıl medal qazanmışdılar.
Bu növün son stili olan qarışıq komanda halında dairəvi stend yarışlarında atıcılarımız Emin Cəfərov və Nurlana Cəfərova ikinci yeri tutaraq komandamızın aktivinə daha bir gümüş medal əlavə ediblər.
Qizil medallar Bəhreyn təmsilçilərinin olub. Türkiyə atıcıları 3-cür yer uğrunda digər təmsililərimiz Niyaz Ağazadə və Regina Meftəhəddinovanı məğlub edərək Oyunların bürünc medallarını qazanıblar.