İSLAMİADADA BUGÜNKÜ QAZANCIMIZ 18 MEDAL OLDU: BAKI 2017

ESTAFET/ Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında artıq yarışların 6 günü arxada qalıb. İdmançılarımız günü 9 qızıl, 5 gümüş və 4 bürünclə başa vurublar.

 

Gün ərzində müxtəlif idman növlərində mübarizə aparan təmsilçilərimizin qazandıqları medalları sizə təqdim edirik.

 

QIZIL MEDAL

 

1. Samir Nəbiyev: Paraatletika - Lövhə atma F57

2. Elmir Cəbrayılov: Paraatletika - 100 m T12

3. Nazim Babayev: Atletika - 3 təkanla tullanma

4. Atıcılıq: Qarışıq komandalarla 10 m pnevmatik tapançadan atəş

5. Orxan Nuriyev: Yunan-Roma güləşi 98 kq

6. Patimat Abakarova: Taekvondo (qadınlar) 49 kq 

7. Ayxan Tağızadə: Taekvondo (kişilər) 68 kq 

8. Milad Beiqi Herçəqani: Taekvondo (kişilər) 80 kq

9. Radik İsayev: Taekvondo (kişilər) +87 kq

 

GÜMÜŞ MEDAL

 

1. Atıcılıq: Qarışıq komandalarla dairəvi stend atıcılığı

2. Rafiq Hüseynov: Yunan-Roma güləşi 80 kq

3. Rahib Məmmədov: Atletika - 110 m sədlərlə qaçış

4. Aleksis Kapello: Atletika - 3 təkanla tullanma

5. Fəridə Əzizova: Taekvondo (qadınlar) 67 kq 

 

BÜRÜNC MEDAL

 

1. Murad Məmmədov: Yunan-Roma güləşi 59 kq

2. Rəsul Çunayev: Yunan-Roma güləşi 71 kq

3. Oloxan Musayev: Paraatletika - Lövhə atma F56

4. Üzgüçülük: Qadınlar 4x100 m kompleks estafet

 

Yığma komandamız bugünədək 99 medal (50 qızıl, 29 gümüş, 20 bürünc) qazanıb ki, bu hələlik ümumi sıralamada liderlik üçün kifayət etmir. IV islam Həmrəyliyi Oyunlarının Ümumu Medal Sıralaması ilə bu yazıda tanış ola bilərsiniz.