“Yuventus”a iki hücumçu təklifi

ESTAFET/ “Yuventus”a iki futbolçu təklif olunub. Bunlar “Arsenal”dan Pyer-Emerik Obameyanq və “Mançester Yunayted”dən Antoni Marsialdır.

Hər iki hücumçunun xidmətlərini menecerlər İtaliya klubuna təklif edib. Lakin oyunçuların maaş tələbləri “Yuventus”u razı salmır.

Marsial cari mövsümün 10 oyununda cəmi 1 qol vurub. Obameyanq isə 15 görüşdə 7 dəfə fərqlənib. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV