“Napoli” 1/4 finalda dayandı

ESTAFET/ İtaliya kubokunun növbəti yarımfinalçısı müəyyənləşib.

Bu gün 1/4 final mərhələsinin növbəti qarşılaşması baş tutub.

“Napoli” “Komo”nu qəbul edib. Penaltilər seriyasında uduzmuş Neapol təmsilçisi kubokla vidalaşıb.

Daha öncə “İnter”lə “Atalanta” da yarımfinala yüksəlmişdi. 1/4 finala sabah keçiriləcək “Bolonya” – “Latsio” oyunu ilə yekun vurulacaq.

İtaliya Kuboku
1/4 final mərhələsi

10 fevral 2026

Napoli – Komo 1:1 (penaltilər 6:7)
Qollar: Verqara 46 : Baturina 39-pen.

Müəllif: Əlyar ŞƏRİFOV