A Seriyasının ən yaxşı məşqçisi

ESTAFET/ İtaliya A Seriyasında fevral ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Ötən ayın ən yaxşısı "Atalanta"nın baş məşqçisi Raffaele Palladino olub. Onun komandası fevral ayında 4 oyun keçirib və 3-də qələbə qazanıb. "Atalanta" "Kremoneze"yə (2:1), "Latsio"ya (2:0) və "Napoli"yə (2:1)  qalib gəlib, "Komo" ilə heç-heçə edib (0:0).

27 turdan sonra "Atalanta" 45 xal toplayıb və turnir cədvəlində 7-ci yerdədir. 

Müəllif: Əli FƏRZƏLİYEV