Avropa çempipnatında 1 şahmatçı ilə təmsil olunuruq

ESTAFET/ Bu gündən etibarən Polşanın Katovitse şəhərində şahmatın blits və rapid növləri üzrə Avropa çempionatı start götürür. 

İlk oyun günü Avropanın 21 federasiyasından gəlmiş 550-dən artıq şahmatçı blitsdə ən güclünü müəyyən edəcəklər. Yarış 2 dövrəli olmaqla (rəqiblər bir-biri ilə həm ağ, həm qara fiqurlarla qarşılaşır) 11 tur oynanılacaq. Vaxta nəzarət 3 dəqiqə və hər gedişə görə +2 saniyə formatında təsdiqlənib. 

Qeyd edək ki, Azərbaycanı Avropa çempionatında qrossmeyster Vasif Durarbəyli təmsil edir. 

Müəllif: Natiq NƏSİROV