İmmobile koronavirusa yoluxdu

ESTAFET/ İtaliya millisinin və “Latsio”nun futbolçusu Çiro İmmobile koronavirusa yoluxub. Hücumçunun koronavirus testi müsbət nəticə verib.

Həyat yoldaşı Cessikanın bir gün öncə yoluxması üzündən özünü təcrid edən Çiro A seriyasının XVIII turunun “Cenoa” ilə matçını (3:1) buraxıb. Lakin onun özünün də yoluxduğu üzə çıxıb. Buna görə də İmmobile “Venetsiya” ilə dekabrın 22-dəki görüşdə də iştirak edə bilməyəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV