“Lids” Byelsanı göndərəcək

ESTAFET/ “Lids” baş məşqçisi Marselo Byelsa ilə yollarını ayıracaq. 66 yaşlı argentinalı növbəti mövsümdə komandanın sükanı arxasında olmayacaq.
Byelsanın daha tez göndərilməsi də mümkündür. 16 illik fasilədən sonra komandanı Premyer Liqaya qaytaran mütəxəssis uğursuzluqlar səbəbindən postunu tərk edəcək.
Qeyd edək ki, ötən mövsüm avrokuboklara vəsiqə üçün mübarizə aparan komanda hazırda Premyer Liqada qalmaq üçün vuruşur.
